Modern.az

Putinin NATO planı üzə çıxdı - YENİ İDDİA

Putinin NATO planı üzə çıxdı - YENİ İDDİA

Dünya

12 Avqust 2026, 16:48

Putin NATO-nun qətiyyətini və hərbi imkanlarını sınaqdan keçirməyi nəzərdən keçirir.

Modern.az Bloomberg-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin qarşıdakı bir neçə il ərzində NATO-nun qətiyyətini və hərbi imkanlarını sınaqdan keçirmək imkanını nəzərdən keçirdiyi iddia olunur.

Məlumata görə, bunun Ukraynaya göstərilən dəstəyin dayandırılmasına nail olmaq məqsədi daşıya biləcəyi ehtimal edilir.

Məlumatda mümkün ssenarilər sırasında infrastruktura “təsadüfi” zərbə görüntüsü yaradan hücumlar, kiberhücumların gücləndirilməsi, diversiyalar, nüvə şantajı və Baltikyanı ölkələrdə “yaşıl adamlar” adlandırılan qüvvələrin iştirakı ilə əməliyyatların keçirilməsi qeyd olunur.

Məlumata görə, NATO bu təhlükələri ciddi qəbul etməli və mümkün cavab tədbirlərinə hazırlaşmalıdır. Bu çərçivədə müdafiə xarakterli kibermüdafiə kampaniyası və mütənasib cavab planlarının hazırlanması təklif olunur.

Bildirilir ki, məqsəd Putinə NATO-nun belə addımların davam etdiriləcəyi təqdirdə güc tətbiq etməklə cavab verəcəyini nümayiş etdirməkdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Əliyevə zəng: Moskva Bakıdan nə istəyir?