Modern.az

Türkiyədə F-16 qəzaya uğradı, pilot xilas oldu - VİDEO

Türkiyədə F-16 qəzaya uğradı, pilot xilas oldu - VİDEO

Dünya

12 Avqust 2026, 16:57

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı təlim uçuşu zamanı Yalovada qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində pilot katapult edərək xilas olub.

“Türkiyə Hərbi Hava Qüvvələrimizə məxsus bir F-16 təyyarəsi təlim uçuşu zamanı Yalovada qəzaya uğrayıb, pilotumuz katapult edərək xilas olub. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırmadan sonra müəyyən ediləcək”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

               

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?