Modern.az

Ukrayna bu il 26 kəndi azad edib

Ukrayna bu il 26 kəndi azad edib

Dünya

12 Avqust 2026, 23:01

Ukrayna ordusu Oleksandrovka istiqamətində effektiv hücum əməliyyatı həyata keçiriblər. Nəticədə 745 kvadrat kilometr ərazi azad edilib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram-da məlumat yayıb.

“Qoşunlarımızın fəal hərəkətləri sayəsində işğalçı kontingentə əhəmiyyətli dərəcədə zərbə endirə bildik. Son əməliyyatlar zamanı Rusiya azı 9550 hərbçisini itirib. 6600-dən çox hərbçi isə yaralanıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri yanvar-avqust ayları arasında Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərində 26 kəndi azad edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...