Modern.az

Hörmüzdən 13 gəmi keçib

Hörmüzdən 13 gəmi keçib

Dünya

Bu gün, 01:11

Hörmüz boğazında gəmilərin hərəkəti son dərəcə məhdud olaraq qalır. Cümə axşamı strateji su yolundan cəmi 13 gəmi keçib.

Modern.az xəbər verir ki, CNN bu barədə dəniz nəqliyyatının hərəkətini izləyən “Kpler” şirkətinin məlumatlarına istinadən xəbər yayıb.

Bildirilir ki, bu göstərici çərşənbə günü qeydə alınan rəqəmdən bir qədər çoxdur. Belə ki, həmin gün boğazdan cəmi 9 gəmi keçib.

CNN qeyd edir ki, mövcud vəziyyət ABŞ Prezidenti Donald Trampın bu həftə Hörmüz boğazının açıq olduğu və ABŞ-nin nəzarəti altında olduğu barədə açıqlamalarını təsdiqləmir.

Məlumata görə, cümə axşamı boğazdan keçən 13 gəmidən 9-u İranın təsdiqlədiyi marşrutla hərəkət edib. ABŞ isə daha əvvəl gəmilərə bu marşrutdan istifadə etməmələri barədə xəbərdarlıq etmişdi.

Qalan 4 gəmi aşkarlanmamaq üçün transponderlərini söndürüb. Bu səbəbdən onların hansı marşrutla hərəkət etdiyi məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır