Rusiyanın məşhur reperi Kievstonerə Polşada sui-qəsd cəhdi edildiyi bildirilir.
Modern.az xəbər verir ki, bu barədə Polşanın RMF FM nəşri məlumat yayıb.
Bildirilib ki, Rusiya xüsusi xidmət orqanları reperin öldürülməsi məqsədilə Polşaya killer göndərib. Lakin Polşanın hüquq-mühafizə orqanları planlaşdırılan sui-qəsdin qarşısını ala biliblər.
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva vilayətində yerləşən obyektlərdən birinə hücumun qarşısının alındığını açıqlamışdı. Rusiya tərəfi həmin hücumun guya Kievstoner tərəfindən təşkil edildiyini iddia etmişdi.