Modern.az

Uelsdə təyyarə qəzası: ölənlər var

Uelsdə təyyarə qəzası: ölənlər var

Dünya

15 Avqust 2026, 03:51

Uelsdə kiçiktutumlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə yerli polis açıqlama yayıb.

"Şimali Uels polisi İngiltərədəki aerodromdan qalxan yüngül təyyarənin təyin olunmuş vaxtda Karnarvon hava limanına çatmadığı barədə məlumat alıb. Aerodromdan 60 km məsafədə, mürəkkəb relyefli ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları və göyərtədəki iki nəfərin cəsədi aşkar edilib" - məlumatda qeyd olunur.

Təyyarənin modeli və ya qurbanların şəxsiyyəti barədə əlavə məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?