Modern.az

SEPAH-ın baş komandanı ABŞ-ni hədələdi: “Bu qan yerdə qalmayacaq!”

SEPAH-ın baş komandanı ABŞ-ni hədələdi: “Bu qan yerdə qalmayacaq!”

Dünya

Bu gün, 17:57

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Əhməd Vahidi ABŞ qüvvələrinin ölkənin cənubuna endirdiyi zərbələrə sərt reaksiya verib.

Modern.az xəbər verir ki, Vahidi ABŞ qüvvələrinin Hörmüzgan əyalətinin Sirik rayonunda keçirilən toy mərasiminə endirdiyi hava zərbəsini kəskin şəkildə pisləyib.

General-mayor hücum nəticəsində onlarla İran vətəndaşının həlak olması və yaralanması ilə bağlı başsağlığı verib.

Vahidi ABŞ hakimiyyətinin bu hücumu “İran xalqının həyatındakı sevinc və şadlığı məhv etmək, günahsız mülki şəxslər arasında qorxu və dəhşət yaratmaq” məqsədilə həyata keçirdiyini iddia edib.

SEPAH komandanı hadisəni “terrorçu və insanlıqdan kənar əməl” adlandırıb.

Kədərli ailələrə ünvanladığı mesajında Vahidi “bu günahsız şəhidlərimizin qanı yerdə qalmayacaq” deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...