Modern.az

Çində güclü zəlzələ oldu

Çində güclü zəlzələ oldu

Dünya

3 Sentyabr 2026, 17:36

Çinin cənub-qərb bölgəsindəki Sıçuan bölgəsində 5.5 maqnitudalı zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata əsasən, bu gün saat 14:40-da (Bakı vaxtı ilə 10:40-da) baş verən seysmik hadisənin episentri Tszyanyu şəhərindən 18 kilometr şimal-qərbdə olub.

Yeraltı təkanlar episentrdəki gücünə və intensivliyinə görə "çox güclü" kateqoriyasına aid edilib.

ABŞ-nin Geoloji Xidməti isə zəlzələnin maqnitudasının 5.4 olduğunu açıqlayıb. Onların hesablamalarına görə, seysmik hadisənin ocağı 10 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi