Modern.az

Səfir Rusiya XİN-nə çağırıldı 

Səfir Rusiya XİN-nə çağırıldı 

Dünya

3 Sentyabr 2026, 19:26

Norveçin səfiri Heydi Olufsen "Professor Molçanov" gəmisinin saxlanılmasına görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə qurumun saytında dərc olunmuş bəyanatda deyilir.

Qeyd olunur ki, Rusiya "Professor Molçanov" gəmisinin saxlanılması ilə əlaqədar Norveçə qəti etirazını bildirib, Moskva bu cür hərəkətləri qətiyyən qəbul etmir və həbsin ləğv edilməsinə çalışacaq.

Rusiya XİN-in iddiasına görə, gəmi Şimali Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsinə məxsusdur. Gəmi xüsusilə "Arktikuqol" trestinin əməkdaşlarını və alimlərin Murmanskdan Rusiyanın Barentsburq qəsəbəsinə çatdırılması üçün planlı reys həyata keçirirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland