Modern.az

Oman “yox” dedi - İran meydanda tək qaldı 

Oman “yox” dedi - İran meydanda tək qaldı 

Dünya

3 Sentyabr 2026, 23:43

Oman İranın Hörmüz boğazından keçən gəmilərdən birgə ödəniş alınması ilə bağlı təklifini qəbul etməyib.

Modern.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Nəşrin məlumatına görə, Oman tərəfinin qərarı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daha əvvəl “razılaşmalar əldə olunub” açıqlamasına ziddir.

Məlumata əsasən, İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınması mexanizminin Omanla birgə həyata keçirilməsini təklif edib. Lakin Oman bu təşəbbüsə razılıq verməyib.

Beləliklə, İranın Hörmüz boğazı üzərində nəzarət və keçidlərdən ödəniş alınması ilə bağlı planı gözlənilən dəstəyi qazanmayıb. Bu qərarla Tehran Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması təşəbbüsündə tək qalıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...