Modern.az

Türkiyədə minlərlə adamın vətəndaşlığı ləğv olundu

Türkiyədə minlərlə adamın vətəndaşlığı ləğv olundu

Dünya

Bu gün, 21:02

Türkiyədə investisiya yolu ilə vətəndaşlıq əldə edilməsi ilə bağlı aparılan araşdırmalar nəticəsində 6134 şəxsin vətəndaşlıq qərarı ləğv edilib və ya geri alınıb.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxta və qanunsuz ekspertiza hesabatlarından istifadə edən 1413 investor və onların ailə üzvləri ilə birlikdə ümumilikdə 6134 nəfərin vətəndaşlıq qərarı ləğv edilib və ya geri alınıb.

Nazirliyin məlumatına görə, İstanbul Prokurorluğunun sentyabrın 21-də başlatdığı araşdırmada daşınmaz əmlakın saxta alqı-satqısı yolu ilə qanunsuz vətəndaşlıq əldə etdiyi müəyyən edilən 1070 nəfər, həmçinin vətəndaşlıq prosesi davam edən 11 nəfər müəyyənləşdirilib.

Araşdırma zamanı 1070 nəfərin 263-ünün investor, 807-sinin isə ailə üzvü olduğu müəyyən edilib.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı