Modern.az

"Bu noyabr həlledici olacaq" - Vens seçkilərdən DANIŞDI

"Bu noyabr həlledici olacaq" - Vens seçkilərdən DANIŞDI

Dünya

Bu gün, 22:49

ABŞ-ın vitse-prezidenti Cey Di Vens noyabrda keçiriləcək aralıq seçkilərin ölkə üçün həlledici əhəmiyyət daşıdığını bildirib.

Modern.az xəbər verir ki, Vens seçkilərlə bağlı açıqlamasında ABŞ-da siyasi mübarizənin ölkənin gələcəyi ilə bağlı fərqli baxışlar arasında getdiyini deyib.

“Bu aralıq seçkilər ölkənin gələcəyinin olmasını istəyənlərlə onu dağıdıb, sonra sıfırdan yenidən qurmağa üstünlük verənlər arasında qarşıdurmadır”, – vitse-prezident bildirib.

Vens noyabr seçkilərinin nəticələrinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu noyabr həlledici olacaq. Ya siz bu çılğınlığa qarşı çıxacaqsınız, ya da onun tərəfində dayanacaqsınız. Biz isə buna qarşı dayanacaq və mübarizə aparacağıq”.

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Seçkilər ərəfəsində Vens Respublikaçı namizədlərin kampaniya tədbirlərində fəal iştirak edir və seçkiləri Donald Tramp administrasiyasının siyasi gündəliyinin davam etdirilməsi baxımından mühüm hadisə kimi təqdim edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı