Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorka yola düşüb.
Modern.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkədə video paylaşaraq bildirib.
“Hazırda təyyarəyə minməyi gözləyirik. BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka yollanırıq”, - baş nazir qeyd edib.
Baş nazirin mətbuat katibi Melanya Arutyunyan da Paşinyanın sentyabrın 22-dən 25-dək ABŞ-da işgüzar səfərdə olacağını açıqlayıb.
Onun sözlərinə görə, Ermənistan hökumətinin başçısı Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edəcək və sessiyanın yüksək səviyyəli iclasında çıxış edəcək.
Səfər çərçivəsində Nikol Paşinyanın BMT-nin baş katibi Antonio Quterreş və digər xarici tərəfdaşlarla görüşlər keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, BMT-nin 81-ci Baş Assambleyasının ümumi müzakirələri sentyabrın 22-dən 26-dək keçiriləcək.