Modern.az

İran qonşu ölkələri rəqib görmür - Pezeşkian

İran qonşu ölkələri rəqib görmür - Pezeşkian

Dünya

23 Sentyabr 2026, 19:36

İran qonşu ölkələri təhlükəsizlik sahəsində rəqib kimi görmür və onların güclü olmasını istəyir.

Modern.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

İran lideri Hörmüz boğazındakı vəziyyətə toxunaraq Tehranın bölgədə qeyri-sabitlik yaratmaq niyyətində olmadığını deyib. Bununla yanaşı, o bildirib ki, İran özünün dəniz yollarına çıxışının məhdudlaşdırılmasını qəbul etməyəcək.

“Biz kimlərinsə su yolundan sərbəst istifadə edib faydalanmasına, eyni zamanda həmin marşrutdan bizə qarşı təhdid və hücumlar üçün istifadə etməsinə razı ola bilmərik”, - Pezeşkian söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!