Modern.az

Kremldən xəbərdarlıq: Ermənistan seçim etməlidir!

Kremldən xəbərdarlıq: Ermənistan seçim etməlidir!

Dünya

Bu gün, 14:16

Rusiya rəsmisi Ermənistanın suveren hüquqlarına hörmət etdiyini, lakin İrəvanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) və ya Avropa İttifaqında (Aİ) iştirak arasında seçim etməli olduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə danışıb.

“Biz Ermənistanın bütün suveren hüquqlarına hörmətlə yanaşırıq. Bununla yanaşı, Ermənistan Aİİ inteqrasiya prosesinin iştirakçısıdır və digər standartlara tədricən istiqamətlənməsi müxtəlif sahələrdə Aİİ standartları ilə uzlaşmayacaq. “Seçim etməyin çox vacib olduğunu” deyərkən məhz bunu nəzərdə tuturuq”, – deyə Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, Aİİ-yə üzv ölkələrdən birinin bu inteqrasiya birliyinin qaydaları, normativləri və prinsipləri ilə ziddiyyət təşkil etməməsi vacibdir.

“Və çox vacibdir ki, Aİİ-yə üzv ölkələrdən biri hamımız üçün mühüm olan bu inteqrasiya birliyinin qaydaları, normativləri və prinsipləri ilə ziddiyyətə girməsin”, – deyə Peskov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?