İsveç müxalifətindəki sol-mərkəzçi koalisiyanın lideri Maqdalena Andersson hökumət qurmaq mandatını geri qaytarıb.
Modern.az xəbər verir ki, bu barədə “Ground News” məlumat yayıb.
Buna səbəb koalisiyaya daxil olan partiyalardan birinin parlament sədrliyi vəzifəsinə əks siyasi düşərgənin namizədini dəstəkləmək qərarı olub.
Həftəsonu Sol Partiya parlament sədri vəzifəsinə Mülayimlər Partiyasının nümayəndəsi Andreas Norlenin namizədliyini dəstəklədiyini açıqlayıb.
İndi Riksdaqın (parlamentin) sədri hökuməti formalaşdırmağı sağ siyasi blokun lideri və parlament seçkilərində ikinci yeri tutan Mülayimlər Partiyasının sədri, hazırkı baş nazir Ulf Kristerssona təklif edəcək.
Bununla belə, yaranmış vəziyyət Anderssonun yeni baş nazir ola bilməyəcəyi anlamına gəlmir. “Bloomberg”in qeyd etdiyi kimi, onun rəqibləri də hökumətin formalaşdırılması ilə bağlı razılığa gələ bilməsələr, Anderssonun hökumət qurmaq üçün daha bir şansı yarana bilər.
Sentyabr ayında İsveçdə birpalatalı parlament seçkiləri keçirilib. Seçkilərdə 176 mandat qazanan müxalifətçi sol-mərkəzçi ittifaq qalib gəlib. İttifaqa Sosial-Demokrat İşçi Partiyası, Sol Partiya, Yaşıllar Partiyası və Mərkəz Partiyası daxildir.