Modern.az

Pezeşkian Hörmüz boğazının xüsusi əhəmiyyətini açıqladı

Pezeşkian Hörmüz boğazının xüsusi əhəmiyyətini açıqladı

Dünya

30 Sentyabr 2026, 16:08

İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazının regional və qlobal təhlükəsizlik və iqtisadiyyatda xüsusi əhəmiyyət daşıdığını bildirib.

Modern.az xəbər verir ki, Pezeşkianın sözlərinə görə, İran üçün dəniz yalnız su hövzəsi deyil, bu gün və gələcək üçün mühüm imkanlardan biridir.

M.Pezeşkian qeyd edib ki, İranın şimal və cənubda geniş sahillərə malik olması və regionun mühüm kommunikasiya marşrutlarının üzərində yerləşməsi ölkəyə dəniz iqtisadiyyatı və gəmiçilik sahəsində mühüm imkanlar yaradır.

Hörmüz boğazının regional və qlobal təhlükəsizlik və iqtisadiyyatda xüsusi mövqeyinə diqqət çəkən Pezeşkian bildirib ki, Fars körfəzində və buradakı dəniz yollarında davamlı təhlükəsizlik region ölkələrinin əməkdaşlığından və məsuliyyət daşımasından asılıdır.

Prezident həmçinin qeyd edib ki, ötən il dənizlərdə güclü iştirak ölkənin həyati əhəmiyyətli ticarət və nəqliyyat xətlərinin fəaliyyətinin dayanmasının qarşısını almaq üçün xidmət göstərən dənizçilərin səylərinin göstəricisi olub.

O, hökumət, özəl sektor və təhlükəsizliyi təmin edən qüvvələr arasında koordinasiyanın mövcud maneələrin aradan qaldırılmasına imkan verə biləcəyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)