Modern.az

Rusiyada helikopter qəzaya uğradı: ölənlər var

Rusiyada helikopter qəzaya uğradı: ölənlər var

Dünya

2 Oktyabr 2026, 02:04

Rusiyanın Voronej vilayətində Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, Rusiya mediasının məlumatına görə, helikopter Voronej şəhərindən təxminən 80 kilometr məsafədə yerləşən ərazidə tarlaya düşüb.

Göyərtədə olan üç nəfər qəza nəticəsində ölüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qəza ilə bağlı rəsmi məlumat da yayılmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə