Modern.az

Tramp bu məsələləri süni intellektlə məsləhətləşib

Tramp bu məsələləri süni intellektlə məsləhətləşib

Dünya

Bu gün, 10:24

ABŞ prezidenti Donald Tramp Nikolas Maduronun ələ keçirilməsi əməliyyatından əvvəl Grok süni intellekt çatbotundan venesuelalıların mümkün reaksiyasını soruşub.

Modern.az xəbər verir ki, TIME jurnalı bu barədə görüşdə iştirak etmiş, adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.

İddiaya görə, Tramp 2025-ci ilin dekabrında İlon Maskla qapalı görüşdə saatlarla Grok-a prezidentliyi və siyasi irsi barədə suallar verib. Daha sonra Maduronun ələ keçirilməsinin Venesuelada necə qarşılanacağını soruşub.

Çatbot bir çox venesuelalının bunu bayram edə biləcəyini bildirib. TIME yazır ki, əməliyyatdan sonra Tramp Grok-un dahiyanə olduğu qənaətinə gəlib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var