Modern.az

Vens ABŞ-nin İrana şərtini açıqladı

Vens ABŞ-nin İrana şərtini açıqladı

Dünya

Bu gün, 08:51

ABŞ-nin vitse-prezidenti Cey Di Vens oktyabrın 7-də bildirib ki, Tehran Vaşinqtonla razılaşma əldə etmək üçün uranın zənginləşdirilməsi imkanları ilə bağlı real addımlar atmalıdır.

Modern.az xəbər verir ki, ABŞ vitse-prezidentinin sözlərinə görə, Vaşinqton İran tərəfinin yalnız vədləri ilə kifayətlənmək niyyətində deyil. O qeyd edib ki, ABŞ konkret addımların qarşılıqlı şəkildə atılmasını gözləyir və İranın nüvə proqramını bərpa etməyəcəyinə dair zəmanət almaq istəyir.

“Əgər onlar nüvə silahı yaratmağa çalışmadıqlarını göstərmək istəyirlərsə, uranın zənginləşdirilməsi imkanları ilə bağlı real addımlar atmalıdırlar”, - deyə Vens “Reuters” agentliyinə müsahibəsində bildirib.

Vens vurğulayıb ki, ABŞ-nin əsas məqsədi İranın nüvə silahına sahib olmasının və bu cür silahların regionda daha da yayılmasının qarşısını almaqdır. Bununla yanaşı, o bildirib ki, bundan sonrakı addımlarla bağlı yekun qərarı ABŞ prezidenti verəcək.

Danışıqlardan söz açan vitse-prezident qeyd edib ki, Amerika tərəfi İranın siyasi rəhbərliyi ilə əlaqə saxlayır. O, həmçinin Tehranın mümkün razılaşmaların uzunmüddətli icrasına hazır olduğunu nümayiş etdirməli olduğunu deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Almaniyadan şok xəbərdarlıq - Putin SSSR-ni qurmaq istəyir