Modern.az

Paşinyan Putinə zəng etdi

Paşinyan Putinə zəng etdi

Dünya

Bu gün, 14:21

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatı məlumat yayıb.

Nikol Paşinyan Rusiya Prezidentini doğum günü münasibətilə təbrik edib və ona xoş arzularını çatdırıb.

Tərəflər həmçinin Ermənistan-Rusiya münasibətlərinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.

Vladimir Putin bu gün 74 yaşını qeyd edir.

Sentyabrın əvvəlində Bişkekdə Ermənistan və Rusiya liderləri arasında keçirilən görüşdə Paşinyanın yenidən Moskvaya səfər etməsi barədə razılıq əldə edilib. Tarixlər hələ dəqiqləşdirilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az