Modern.az

Zelenski: Rus ordusu Putinə ad günü hədiyyəsi etdi: 5 ölü, 26 yaralı

Zelenski: Rus ordusu Putinə ad günü hədiyyəsi etdi: 5 ölü, 26 yaralı

Dünya

Bu gün, 14:25

Rusiya tərəfi Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə raket zərbəsi endirib. Nəticədə 5 nəfər ölüb, 26 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski yaralananlar arasında 5 uşağın da olduğunu bildirib. O, əlavə edib ki, dağıntılar altında insanlar ola bilər.

“Putinin ad günündə Rusiya ordusu Çerniqov vilayətinin Prilukidə yaşayış binasının dağıdılmasını hədiyyə etdi”, - deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti Dnepr, Kremençuk, Zaporojye və Kiyevdə yaşayış binalarına da ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, Kiyevdə 2, Aleksandriyada isə 2 nəfər həlak olub.

Zelenskinin sözlərinə görə, enerji infrastrukturu hücumların əsas hədəflərindən biri olub. O bildirib ki, Rusiya ümumilikdə 70-ə yaxın raket, o cümlədən ballistik raketlər, həmçinin pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

“Rusiya ballistik raketləri ən böyük problem olaraq qalır. Hazırda hava hücumundan müdafiə sistemləri bizim üçün həyati əhəmiyyət daşıyır”, - deyə Zelenski əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az