Modern.az

NATO-nun bütün üzvlərinin hərbi nümayəndələri Kiyevə gəlib

NATO-nun bütün üzvlərinin hərbi nümayəndələri Kiyevə gəlib

Dünya

Bu gün, 15:01

Son səkkiz ildə ilk dəfə NATO-ya üzv olan bütün 32 ölkənin hərbi nümayəndələri Kiyevə gəlib.

Modern.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone bildirib.

Qeyd edək ki, Hərbi Komitə NATO-nun ali hərbi orqanıdır. Komitə hərbi siyasət və strategiya məsələləri üzrə Şimali Atlantika Şurasına məsləhətlər verir.

Komitənin sədri isə NATO Baş katibinin baş hərbi müşaviri kimi fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az