Modern.az

Əgər mənə Nobel mükafatını verməsələr...

Əgər mənə Nobel mükafatını verməsələr...

Dünya

Bu gün, 22:38

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiq görülməməsinin Norveç Nobel Komitəsi üçün böyük nüfuz itkisi olacağını bildirib.

Modern.az xəbər verir ki, o, komitənin onun kimi insanlara mükafat verməmək reputasiyasına malik olduğunu deyib.

Tramp Nobel mükafatına layiq olduğunu düşündüyü nailiyyətlərini sadalayaraq bildirib: “Mükafatı alıb-almamağımdan asılı olmayaraq, mən daha çox iş görmüşəm. Əgər məni qiymətləndirməsələr, düşünürəm ki, bu, onlar üçün böyük nüfuz itkisi olar”.

Prezident, həmçinin 2025-ci il laureatı, Venesuela müxalifət lideri Mariya Korina Maçadonun öz mükafatını ona təqdim etdiyini xatırladıb.

2026-cı il Nobel Sülh Mükafatının qalibi oktyabrın 9-da Osloda açıqlanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı