Modern.az

ABŞ Səudiyyə Ərəbistanında həyəcan siqnalı verdi

ABŞ Səudiyyə Ərəbistanında həyəcan siqnalı verdi

Dünya

7 Oktyabr 2026, 23:15

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi ölkədə təhlükəsizliklə bağlı xəbərdarlıq yayıb.

Modern.az xəbər verir ki, diplomatik nümayəndəlik amerikalı vətəndaşları pilotsuz uçuş aparatları və raket zərbələri riskinin qalması, eləcə də husilərin Səudiyyə Ərəbistanının hava limanları və hava məkanına yönəlik açıq təhdidləri fonunda diqqətli olmağa çağırıb.

Məlumata görə, ABŞ hökumətinin əməkdaşlarına təhlükəsizlik səbəbilə Səudiyyə Ərəbistanı ilə Yəmən sərhədinin yaxınlığındakı ərazilərə səfər etmək qadağan olunub.

Amerika vətəndaşlarına da Yəmənlə sərhəd zonasına yaxınlaşmamaq tövsiyə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı