Modern.az

İranda polis idarəsinə silahlı hücum: ölənlər var

İranda polis idarəsinə silahlı hücum: ölənlər var

Dünya

Bu gün, 02:34

İranın Sistan və Bəlucistan vilayətinin Gülşən rayonunda polis idarəsi silahlı hücuma məruz qalıb.

Modern.az İRİB-yə istinadən xəbər verir ki, hücum edənlərdən biri zərərsizləşdirilib.

"İki polis ekipajının çıxış yolunda partlayışın baş verməsi və ardınca silahlı terrorçular tərəfindən atəş açılmasından sonra qətiyyətli tədbir nəticəsində onlardan biri məhv edilib, bir neçəsi isə yaralanıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, bölgə təhlükəsizlik və polis qüvvələrinin nəzarəti altındadır:

"Bu terror aktının digər iştirakçılarının müəyyən edilməsi və onlara qarşı tədbir görülməsi üçün lazımi fəaliyyətlər davam etdirilir".

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı