Modern.az

Yeni Suraxanı-Hövsan dəmir yolu xəttində 4 stansiya tikiləcək

Yeni Suraxanı-Hövsan dəmir yolu xəttində 4 stansiya tikiləcək

Ölkə

Bu gün, 10:14

Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası nəzərdə tutulur. Layihə üzrə layihələndirmə işlərinin 30 faizi artıq yekunlaşıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Yeni Suraxanı-Hövsan xətti ilə yanaşı, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Qaradağ-Güzdək dəmir yolu xətlərinin də təkmilləşdirilməsi planlaşdırılır. Sözügedən xətlər üzrə yol infrastrukturunun təhlili aparılıb və layihələndirmə işlərinə başlanılıb.

Bəxtiyar Hacıyev bildirib ki, Yeni Suraxanı-Hövsan xəttinin mühafizə zonasında tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, müvafiq protokollar imzalanaraq kompensasiyalar ödənilib. Həmin ərazidə obyektlərin söküntüsü başa çatıb, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işlərinə başlanılıb.

Qeyd olunub ki, xətt boyunca stansiyaların yerləri müəyyənləşdirilib və optimallaşdırma işləri aparılıb. Ümumilikdə, Yeni Suraxanı-Hövsan istiqamətində 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Onlardan 3-ü Hövsan ərazisində yerləşəcək.

Həmçinin hər stansiyada piyada keçidlərinin, avtomobil yolları ilə kəsişən ərazilərdə isə müxtəlif səviyyəli körpülərin inşası nəzərdə tutulur.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?