“Bəzi hallarda vətəndaşlar müxtəlif qurumların, məmurların və nazirliklərin qəbulundan əliboş qayıda bilirlər. Lakin Səbinə xanımın yanından vətəndaşların əliboş qayıtması qeyri-mümkündür”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Səyyad Aran komitənin iclasında Ombudsmanın seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
Deputat şəxsi müşahidələrinə əsasən, Ombudsman Aparatının fəaliyyətindən şikayət edən şəxslə qarşılaşmadığını bildirib.
“O, mütləq şəkildə vətəndaşlara yardım əlini uzadır, istiqamət verir və onların problemlərinin həllinə nail olur. Cəmiyyətdə də haqlı olaraq belə bir fikir formalaşıb: "Baxmazsan şikayətə, gedəcəyəm Ombudsmanın yanına”, – S.Aran qeyd edib.