Oktyabrın 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində itkin düşmüş kimi axtarılan 13 nəfər tapılıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanları tərk ediblər.
Tapılan şəxslər aidiyyəti üzrə təhvil veriliblər.