Modern.az

ABŞ-da 11 uşağı girov götürən şəxsin kimliyi məlum olub

 ABŞ-da 11 uşağı girov götürən şəxsin kimliyi məlum olub

Dünya

6 Yanvar 2016, 01:09


ABŞ-ın Corciya ştatında, Atlanta şəhərinin yaxınlığında moteldə 11 uşaq və bir qadını girov götürən şəxsin adı məlum olub. Modern.az  xarici mediaya istinadən xəbər verir ki, cinayətkarın 36 yaşlı Kris Tomas olduğu məlum olub.

İlkin məlumata görə, o, qadını və uşaqları girov götürdükdən sonra özünü öldürmək istəyib. Polis yaralı Kris Toması xəstəxanaya çatdırıb. Cinayətin motivləri barədə məlumat verilmir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə