Modern.az

Son zəlzələdə 6 nəfər ölüb, 294 yaralı var - YENİLƏNİB

Son zəlzələdə 6 nəfər ölüb, 294 yaralı var - YENİLƏNİB

Hadisə

21 Fevral 2023, 08:02

Türkiyədə baş verən son zəlzələ nəticəsində ölənlərin sayı 6-ya çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

***

Türkiyədə baş verən son zəlzələ nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

 

Məlumata əsasən, hazırda dağıntılar altında qalan 2 nəfərin xilas edilməsi üçün işlər davam etdirilir.

 

Bundan əvvəl Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ nəticəsində 294 nəfərin yaralandığı bildirmişdi. Onun sözlərinə görə, yaralılardan 18-nin vəziyyəti ağırdır.

 

Xatırladaq ki, ötən axşam Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...