Modern.az

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

Hadisə

Bu gün, 09:34

Ötən gün Qobu-Lökbatan yolunda ağır yol qəzası baş verib.

Modern.az "Unikal"a istinadən məlumat verir ki, minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan Bəhruz Sultanov və Rauf Hüseynov həyatlarını itiriblər, "Ford"un sürücüsü isə yaralanıb.

Qəzada ölən B. Sultanov və R.Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Azərbaycanı müharibəyə çəkmək istəyir - Vahid Əhmədovdan sensasion açıqlama