Modern.az

ADNSU-da yeni 4 yeni təyinat oldu - ADLAR

ADNSU-da yeni 4 yeni təyinat oldu - ADLAR

Təhsil

Bu gün, 08:15

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) idarəetmənin səmərəliliyinin artırılması, akademik fəaliyyətin müasir tələblərə və əmək bazarının dəyişən ehtiyaclarına uyğun təşkili, eləcə də struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi məqsədilə genişmiqyaslı struktur yenilənməsi həyata keçirilib.

Modern.az xəbər verir ki, ADNSU Elmi Şurasının qərarına əsasən, universitetin təşkilati strukturu optimallaşdırılıb, fakültə və kafedraların fəaliyyət istiqamətləri yenidən formalaşdırılıb. Dəyişikliklər nəticəsində fakültələrin sayı 7-dən 6-ya, kafedraların sayı isə 24-dən 18-ə endirilib. Eyni zamanda Xarici dillər mərkəzi və AZİU Biznes Məktəbi yaradılıb.

Universitetin yenilənmiş strukturunda aşağıdakı fakültələr fəaliyyət göstərəcək:

• Rəqəmsal texnologiyalar fakültəsi

• Yer elmləri və neft mühəndisliyi fakültəsi

• Kimya texnologiyaları fakültəsi

• Sənaye mühəndisliyi fakültəsi

• Energetika fakültəsi

• Biznes və idarəetmə fakültəsi

Yeni rəhbər heyət müxtəlif elm və təhsil sahələrində uzunillik pedaqoji, tədqiqat, beynəlxalq əməkdaşlıq, dövlət idarəçiliyi və texnologiya təcrübəsinə malik mütəxəssislərdən ibarətdir. Müvafiq rəhbər vəzifələrə təyin olunan şəxsləri təqdim edirik.

Kimya elmləri doktoru Elvira Hüseynova Neft-kimya mühəndisliyi kafedrasının müdiri təyin olunub. Bakalavr, magistratura və doktorantura təhsilini ADNSU-da alan Elvira Hüseynova 2006-cı ildən universitetdə laborant, elmi işçi, assistent, dosent və professor vəzifələrində çalışıb. Təxminən 20 illik təcrübəyə malik alim neft-kimya texnologiyaları, neft və qaz emalı istiqamətlərində tədqiqatlar aparıb, eyni zamanda dövlət idarəçiliyi sahəsində aparıcı məsləhətçi-hüquqşünas kimi fəaliyyət göstərib.

Biologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Sultanova Biotexnologiya və qida mühəndisliyi kafedrasının müdiri təyin olunub. Bakı Dövlət Universitetində biokimya üzrə bakalavr və magistratura, AMEA-da doktorantura təhsili alan Nərgiz Sultanovanın təxminən 23 illik əmək təcrübəsi var. O, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparıcı elmi işçi, Bakı Dövlət Universitetinin SABAH qruplarında dosent kimi çalışıb, 2025-ci ildən ADNSU-da elmi-pedaqoji fəaliyyət göstərir.

Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Lətifə Kazımova Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi kafedrasının müdiri təyin olunub. Bakı Dövlət Universitetində Azərbaycanın fiziki coğrafiyası və ətraf mühitin mühafizəsi üzrə bakalavr və magistratura təhsili alan Lətifə Kazımova 2010-cu ildən ADNSU-da laboratoriya müdiri, assistent və dosent kimi fəaliyyət göstərib. O, 2020-ci ildən Geoekologiya ixtisası üzrə elmlər doktoru proqramının dissertantıdır, ətraf mühitin mühafizəsi, geoekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi istiqamətlərində tədris və tədqiqat aparır. Lətifə Kazımova SƏTƏM üzrə IOSH sertifikatına malikdir.

Kimya elmləri doktoru, professor Hüseyn Qurbanov Kimya texnologiyaları fakültəsinin Kimya kafedrasının müdiri təyinolunub. Azərbaycan Dövlət Pedaqoji Universitetində kimya vəbiologiya müəllimliyi üzrə ali təhsil alan Hüseyn Qurbanovun 20 ildən artıq elmi-tədqiqat və pedaqoji təcrübəsi var. O, AMEA-nınKimya Problemləri İnstitutunda elmi və böyük elmi işçi kimiçalışıb. 2009-cu ildən ADNSU-nun Neftin, qazın nəqli vəsaxlanması kafedrasında dosent kimi fəaliyyət göstərib, 2021–2026-cı illərdə həmin kafedraya rəhbərlik edib. Hüseyn Qurbanov 2006-cı ildə kimya üzrə fəlsəfə doktoru, 2015-ci ildəkimya elmləri doktoru elmi dərəcəsini, 2023-cü ildə isə professor elmi adını alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Azərbaycanı müharibəyə çəkmək istəyir - Vahid Əhmədovdan sensasion açıqlama