Modern.az

Sabiq deputata vəzifə verildi

Sabiq deputata vəzifə verildi

Ölkə

30 İyul 2026, 09:57

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktorunun müavini vəzifəsinə təyinat olub.

Modern.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifə Cəbi Quliyevə həvalə olunub.

Qeyd edək ki, Cəbi Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.

O, həmçinin, 2020-2024-cü illərdə 7 saylı Ordubad-Culfa dairəsi üzrə Milli Məclisin deputatı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada