Modern.az

"Qarabağ" bu gün həlledici oyununa çıxır

"Qarabağ" bu gün həlledici oyununa çıxır

İdman

Bu gün, 09:01

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin təkrar görüşləri keçirilir.

Modern.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə Bolqarıstanın "ÇSKA Sofiya" (Bolqarıstan) komandası ilə qarşılaşacaq.

Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, bu cütün qalibi Avropa Liqasının III təsnifat mərhələsində "Şerif" (Moldova) - "Makkabi Təl-Əviv" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Sizə yeni x var
Keçid et
İran Azərbaycanı müharibəyə çəkmək istəyir - Vahid Əhmədovdan sensasion açıqlama