Modern.az

Gürzəni öldürən Neftçala sakini özü də öldü 

Gürzəni öldürən Neftçala sakini özü də öldü 

Hadisə

21 Avqust 2026, 03:35

Neftçalanın Həsənabad qəsəbəsində bədbəxt hadisə baş verib.

Modern.az “Unikal”a istinadən xəbər verir ki, qəsəbə sakini C.Rövşəni gürzə ilanı sancıb.

O, hadisədən sonra ilanı öldürüb, bundan sonra isə özünün halı pisləşib. Lakin ailəsi onu ilan sancmasından gec xəbər tutub. Nəticədə 1962-ci il təvəllüdlü kişinin həyatını xilas etmək olmayıb.

O, Həsənabad qəbiristanlığında dəfn edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?