Modern.az

Gəncədə iki maşın toqquşdu, yaralılar var

Gəncədə iki maşın toqquşdu, yaralılar var

Hadisə

Bu gün, 21:30

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Opel” ilə “Niva” markalı minik maşınları toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?