Modern.az

Beyləqanda avtomobil arxa aşıb, ölən var

Beyləqanda avtomobil arxa aşıb, ölən var

Hadisə

Bu gün, 09:32

Beyləqanda avtomobilin arxa aşması nəticəsində sürücü ölüb.

Modern.az Report-a istinadla xəbər verir ki, Aslanov Arif Məhəmməd oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobildə idarəetməni itirib.

Nəticədə arxa aşan avtomobilin sürücüsü ölüb, sərnişin 1967-ci il təvəllüdlü Beyləqan rayon sakini Kərimov Həbib Şəmil oğlu isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hamının gözü önündə Putini pərt etdilər - ŞOK VİDEO!