Modern.az

Şəmkirdə 35 yaşlı qadın abort zamanı ölüb

Şəmkirdə 35 yaşlı qadın abort zamanı ölüb

Hadisə

Bu gün, 01:05

Şəmkirdə qadın abort zamanı ölüb.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Y. Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Qadın abort edilən zaman qəfil halı pisləşib.

Qadına tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib.

Qeyd edək ki, bu, qadının 3-cü hamiləliyi olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?