Modern.az

Alen Simonyan ikinci dəfə evləndi - VİDEO

Alen Simonyan ikinci dəfə evləndi - VİDEO

Hadisə

Bu gün, 16:57

Ermənistan Təhlükəsizlik Şurasının katibi, parlamentin keçmiş sədri Alen Simonyan model Anelya Qubryanla ailə həyatı qurub.

Modern.az xəbər verir ki, o bununla bağlı "İnstagram" hesabında paylaşım edib. 

Məlumata görə, Simonyan toy günü Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın kitabının təqdimatında da iştirak edib. Ermənistan mediası onun təqdimata məhz toy günü qatılmasına diqqət çəkib.

Alen Simonyan və Anelya Qubryan münasibətlərini bir müddət əvvəl rəsmiləşdirməyə qərar vermişdilər. Cütlük fevralın 28-də ailə üzvlərinin iştirakı ilə nişanlanıb.

İyunun 17-də isə Simonyan və Qubryan nikahın dövlət qeydiyyatı üçün Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı orqanına müraciət ediblər. Simonyan həmin vaxt bununla bağlı görüntüləri sosial şəbəkə hesabında paylaşmışdı.

Anelya Qubryan modeldir. Sentyabrın 2-də onun 27 yaşı tamam olub. Simonyan həmin gün sosial şəbəkədə birlikdə çəkilmiş fotolarını paylaşaraq onu doğum günü münasibətilə təbrik edib.

Qeyd edək ki, Alen Simonyan avqustun 13-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi təyin olunub. O, bu postda Armen Qriqoryanı əvəz edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab