Modern.az

Bakıda ər arvadını öldürdü

Bakıda ər arvadını öldürdü

Hadisə

Bu gün, 18:45

Bakıda kişi həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinir.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Binəqədi rayonunda baş verib.

42 yaşlı Rafət Ağalarovun həyat yoldaşı 40 yaşlı Esmira Ağalarovanı boğaraq qətlə yetirdiyi bildirilir.

Qətli törətməkdə şübhəli bilinən Rafət Ağalarov saxlanılıb. Hadisənin baş verməsinə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?