Modern.az

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

Hadisə

3 Oktyabr 2026, 15:58

Metronun "Avtovağzal" stansiyasında kişi vəfat edib.

Modern.az Trend-ə istinadla xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Belə ki, stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb.

Bakı Metropliteni QSC hadisəni təsdiq edib:

“Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!