Modern.az

Dünya çempionatının simvolik komandası

Dünya çempionatının simvolik komandası

İdman

20 Dekabr 2022, 08:53

“WhoScored” internet portalı 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının simvolik komandasını tərtib edib.

 

Modern.az xəbər verir ki, Argentina yığmasının hücumçusu Lionel Messia və Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşin hər biri 10 ballıq sistemlə ən yüksək qiyməti alıblar - 8,2 bal.

 

İkinci ən yüksək qiymət (8,0) fransalı Kilian Mbappeyə məxsusdur.

 

“DÇ-2022”nin tam simvolik komandası belədir:

 

Qapıçı: Voyçex Şensnı (Polşa, 7,9 xal)

 

Müdafiəçilər: Teo Hernandes (Fransa, 7,2), Rodri (İspaniya, 7,4), Harri Maquayr (İngiltərə, 7,4), Aşraf Hakimi (Mərakeş, 7,0)

 

Yarımmüdafiəçilər: Kazemiro (Braziliya, 7,5), Brunu Fernandeş (Portuqaliya, 8,2), Jud Bellinqem (İngiltərə, 7,6)

 

Hücumçular: Antuan Qrizmann (Fransa, 7,5), Lionel Messi (Argentina, 8,2).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!