Modern.az

Millimiz İtaliyaya qalib gəldi

Millimiz İtaliyaya qalib gəldi

İdman

2 May 2023, 22:44

Minifutbol üzrə Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirində ilk qələbəsini qazanıb.

 

Modern.az xəbər verir ki, yığmamız A qrupundakı ikinci oyununda İtaliya millisi ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən matçda millimiz rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

 

Millimizin heyətində Rəvan Kərimov və Mirmehdi Rzayev fərqləniblər.

 

Qeyd edək ki, yığmamız ilk turda Çexiya seçməsi ilə qarşılaşıb və matçda hesab açılmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!