Modern.az

Konfrans Liqası: Finalçılar bu gün bilinəcək

Konfrans Liqası: Finalçılar bu gün bilinəcək

İdman

18 May 2023, 13:42

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, bununla da turnirin finalçıları məlum olacaq.

 

İlk matçda İtaliyada "Fiorentina"ya 2:1 hesabı ilə qalib gələn "Bazel" İsveçrədəki görüşdə ən azı hazırkı üstünlüyünü qorumağa çalışacaq. “Sankt-Yakob Park” stadionunda oynanılacaq qarşılaşmanı ispaniyalı referi Xose Mariya Sançes idarə edəcək.

 

Yarımfinalın digər oyununda İngiltərənin “Vest Hem” klubu Niderlandda "AZ Alkmaar"la münasibətlərinə aydınlıq gətirəcək. AZ stadionundakı matçın baş hakimi slovakiyalı İvan Krujlyak olacaq. Komandalar arasında ilk oyunda London klubu 2:1 hesablı qələbə qazanıb.

 

Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV