Modern.az

Cüdoçumuz Avropa çempionu olub

Cüdoçumuz Avropa çempionu olub

İdman

22 İyun 2023, 20:25

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı final görüşündə macarıstanlı cüdoçu Benke Qalo ilə qarşılaşıb.

 

Rəqibinə qalib gələn Məmişov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı