Modern.az

Karateçimiz Avropa Oyunlarının qalibi oldu 

Karateçimiz Avropa Oyunlarının qalibi oldu 

İdman

22 İyun 2023, 21:25

Azərbaycan karateçisi Tural Ağalarzadə Krakov-2023 III Avropa Oyunlarının qalibi adını qazanıb.

 

Modern.az xəbər verir ki , 67 kiloqram çəkidə qüvvəsini sınayan Avropa çempionatının mükafatçısı finalda yunanıstanlı Dionisios Xenosla üz-üzə gəlib.

 

Təmsilçimiz qrup mərhələsində olduğu kimi, bu dəfə də rəqibinə şans verməyib. Döyüşü aktivinə yazan Ağalarzadə Polşada qızıl medala yiyələnib. Bu həm də, Azərbaycan millisinin Krakov-2023-də ilk mükafatı olub.

 

Qeyd edək ki, Ağalarzadə fərqli, digər 3 karateçimiz Oyunları mükafatsız bitirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV