Modern.az

Azərbaycanlı atlet rekorda imza atdı

Azərbaycanlı atlet rekorda imza atdı

İdman

3 İyul 2023, 12:30

Qazaxıstanın Almatı şəhərində keçirilən XXXII Qosanov Memorialında üç təkanla tullanma üzrə yarışda Yekaterina Sarıyeva uğurlu çıxışla yadda qalıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Atetika Federasiyasından məlumat verilib.

 

Atletimiz 13.89 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Bu nəticə ilə Yekaterina həm də üç təkanla tullanma növü üzrə özünə məxsus olan Azərbaycan rekordunu da yeniləyib. Sarıyeva göstəricisini 1 santimetr yaxşılaşdırmaqla buna nail olub.

 

Estoniyanın Pyarnu şəhərində keçirilən yarışda isə təmsilçimiz Anna Skidan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Skidan çəkicatmada 71.86 metr nəticə göstərərək qalib adını qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?