Modern.az

"Neftçi”də yeni baş məşqçi təyinatı

İdman

6 İyul 2023, 09:36

"Neftçi" klubuna yeni baş məşqçi təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə rumıniyalı mütəxəssis Marius Şumudike bildirib. 

 

Onun sözlərinə görə, Bakı klubunun rəhbərliyi 45-dən çox məşqçi arasından seçim edib.

 

“Məlumat alanda yolda idim. Adını bilmirəm. Amma anlaşdıqlarından xəbərim var. Yekun siyahıda Adrian Muta da daxil olmaqla, üç məşqçinin adı var idi”.

 

Qeyd edək ki, “Neftçi”yə son olaraq Laurentsiu Regekampf rəhbərlik edib. Klub ötən mövsümün sonunda rumıniyalı mütəxəssislə yollarını ayırıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV