Modern.az

"İnter" kolumbiyalı futbolçunu transfer etdi 

İdman

20 İyul 2023, 18:48

“Yuventus”un sabiq yarımmüdafiəçisi Xuan Kuadrado “İnter”ə keçib.

 

Modern.az xəbər verir ki, tərəflər arasında 2024-cü ilin iyun ayının sonunadək razılıq əldə olunub. Kolumbiyalı futbolçunun “İnter”dəki məvacibi bonuslar nəzərə alınmadan ildə 2 milyon avro olacaq.

 

2022-2023-cü illər mövsümündə Kuadrado “Yuventus”un heyətində bütün yarışlarda 47 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçunun Turin klubu ilə müqaviləsi bu ilin iyununda başa çatıb, tərəflər müqaviləni yeniləməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV